Bu gün biz Zəfərimizin ikinci il dönümünü, tarixinin ən qüdrətli dövrünü yaşayır yaşayırıq
Noyabrın 8-də illərin həsrətdən sonra Azərbaycan xalqı Şuşa şəhəri işğaldan azad olunmasının şahidi oldu. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Hər zaman demişik və deyəcəyik-Zəfəri bizə yaşadan ali baş komandan, cənab prezidentimiz İlham Əliyev və onun rəhbərliyi altında döyüşlərdə qəhramanlıq göstərən Milli Ordumuz, canı-qanı bahasına ərazi bütövlüyü bərqərar edən şəhislərimiz, sağlamlıqları bahasına qazilərimiz- siz bizim ürəyimizdəsiniz. Azərbaycan ordusu bir dəfə olsa da, döyüş mövqeylərini tərk eləmədilər, geri çəkinmədilər. O şanlı günləri gözümüzün önündə canlandıranda bir daha əmin oluruq ki, qalib sərkərdərin rəhbərlik etdiyi cəsur döyüşcülərimizdən bir nəfər olsun belə müharibənin dəhşətli, qanlı fəsadlarından çəkinməyim daima irəli gedib və on mindən çox fərarisi olan Ermənistan üzərindəki tarixi Zəfərimizi başlıca səbəbi məhz budur. Noyabrın 8-də sübh tezdən Ali Baş Komandan İlham Əliyev ələbə müjdəsini Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.Bu sözləri göz yaşısız dinləmək qeyri-mümkün idi. Müharibədəki ağır məğlubiyyətinı görən Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur oldu. Və nəhayət, noyabrın 9-dan 10-na keçən gecə. Məhz o gecə Ermənistanın arzularına son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Beləcə, Bəyanata görə Ermənistan Ağdam, Kəlbəcər, Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu! Təbii ki, bunlara nail olmaq üçün dövlətin qüdrətli, müdrik, uzaqgörən ideyaları olan sərkərdəsi olmalıdır. Bu xüsusiyyətlərin hamısını özündə birləşdirən Ulu öndər Heydər Əliyevin məktəbini keçən Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində qəhrəmanlıq salnaməsi yazdı. Bu salnamə əsrlər boyu deyiləcək. 44 günlük müharibənin Zəfəri əbədi olaraq tarixə, onun qəhrəman şəhid və qaziləri qəlblərə həkk olundu. Cənab prezidentimiz İlham Əliyev Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də odur ki, o, bütün siyasi qüvvələri Vətən, torpaq məsələsində birləşdirə bildi. Bu hamımızın gözü qabağında oldu. 1905-1906-ci illəri, 1918-1920-ci illəri, Birinci Qarabağ Müharibəsini yada salaq. 44 günlük müharibə ilə İlham Əliyev Azərbaycan tarixinə yeni tarix gətirdi. XX əsrin əvvələrində Zəngəzur deyilən ifadə yox idi. Azərbaycan tarixindən çıxarılmışdır. İlham Əliyev yenidən Azərbaycan tarixinə daxil etdi. Cənab prezident təkcə hərb sahəsində deyil, həm də diplomatiya sahəsində qəhrəman oldu. Zəfər günündə gözlərimin qarşısında müstəqil Azərabycan canlanır, əvvəl Heydər Əliyev, sonra cənab Prezidentimiz İlham Əliyevlə daima irəliyə, inkişafa, tərəqiyyə doğru gedir və bu davamlı inkişaf bu illər ərzində bir an olsun dayanmayıb. İkinci ildir ki, Vətən müharibəsinin qələbəsini qeyd edirik. Vətən müharibəsi bütün möhtəşəm hərbi, siyasi, diplomatik qələbəmiz olmaqla yanaşı, həm də Qarabağda qürurumuzu yenidən nümayiş etdirdi. Ancaq müharibə son qələbəmiz deyil. Qələbəmiz davam edir. Müharibədə qazandığımız Zəfəri, Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş torpaqlarda keçirilmiş Xarıbülbül festivalı və digər tədbirlər dünya səviyyəsində nümayiş olunur. Azərbaycan daima inkişafdadır istər mədəniyyət sahəsi olsun, istər elm, istər idman. Azərbaycan geniş inkişaf ilə dünyada nümunə oldu. Zəfərin qazanmasında Azərbaycan xalqın, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, dəmir yumruq kimi birləşdi. Bütün dünya, həmçinin işğalçı Ermənistan və onun tərəfdaşları Dəmir Yumruğun gücünü, qüdrətini gördü. Zəfər bayramı Azərbaycan tarixinin qürurlu günüdür. Artıq 44 rəqəmi tarixin bir simvoluna çevirilib. Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününü qürurla və şərəflə qeyd edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Şəhla Xəlilova
YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri