Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatı Tərtər rayon Elektrik Şəbəkəsi ərazi partiya təşkilatında tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini tədbir iştirakçılarının diqqətə çatdırmışdır. Sonra Tərtər rayon Elektrik Şəbəkəsi İdarəsinin müdiri Vilayət Qafarov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı zamandan şərəfli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası ölkə daxilində cərəyan edən siyasi proseslərdə böyük uğurlara imza atmışdır.
Rəfiqə