PDF Oxu

Siyasət

  • 2 282

Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılır

Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılır

Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır.SİA-nın xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.O qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torapqlarımızı işğaldan azad edib: “Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur”.E.Hüseynov vurğulayıb ki, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir: “Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.

sia.az

Digər xəbərlər