Təcavüzkar Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 2020-ci il senyabrın 27-də Qarabağda başladığı uğurlu əks hücum əməliyyatları nəticəsində noyabr ayının 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində dövlətimiz beynəlxalq hüququn prinsiplərini, BMT nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və geniş miqyaslı əks hücum əməliyyatları həyata keçirdi. Qısa zaman ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri və rayonun Mincivan, Ağbənd, Bataz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Suqovuşan kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 3 kəndi, Ağdərə və Murovdağ istiqamətində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkliləri və daha 5 adsız yüksəklik azad olundu.2020-ci il noyabr ayının 8-də Qarabağın baş tacı, Azərbaycanın incisi və mədəniyyət mərkəzi, strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi 44 gün ərzində aparılan uğurlu hərbi əməliyyatlar sırasında ən mühüm tarixi hadisə, dünya hərb tarixinə düşəcək unikal və böyük hərbi qələbə oldu. İlham Əliyev 2020-ci il noyabr ayının 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi münasibəti ilə xalqa müraciətində demişdir: “28 il yarım işğal atında olan Şuşa şəhəri işğaldan azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq! 2020-ci il noyabrın 8-i Azırbaycan taixində əbədi yaşayacaq! Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!”.2021-ci il yanvar ayının 14-də Şuşa şəhərinə səfəri zamanı prezident İlham Əliyev demişdir ki, qəhrəman ordumuz mükəmməl hərbi əməliyyat nəticəsində cəsarət, rəşadət, güc, milli ruh nümayiş etdirməklə Şuşanı azad edərək orada Azərbaycan bayrağını dalğalandırdı. Xalqımızın tarixində Şuşanın mühüm əhəmiyyətə malik olduğunu qeyd edən prezident demişdir: “Şuşanı qan tökərək azad etmişik. Şuşa uğrunda ciddi döyüşlər gedirdi .Hərbiçilərimiz sıldırım qayalardan qalxaraq, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya daxil oldular. Yüngül silahlarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı toplardan və tanklardan istifadə olunurdu. Düşmən bizim gücümüzü, iradəmizi, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən Müharibəsində xüsusi əhəmiyyətə malik hadisədir”.Rəşadətli Azərbaycan ordusu 28 ildən artq işğal altında olan torpalarımızı azad etmək üçün geniş miqyaslı əks hücum həmlələri ilə yanaşı düşmənin yaratdığı yenilməzlik mifologiyasını darmadağın etdi. Ermənistan Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səslənən əsassız fikirlər tarixin reallıqlarını, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu ölkə prezidenti cənab İlham Əliyev 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında və həmin ilin oktyabrın 11-də Aşqabadda keçirilən MDB dövlət başçıları şurasının iclasında, oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə çıxışları zamanı tutarlı dəlillərlə sübut etmişdir. Dövlət başçısı İlham Əliyev 2020-ci ilin fevral ayının 26-da keçirtdiyi mətbuat konfransında Dağlıq Qarabağın status məsələsinə də “Nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yalnış vədlər verməklə onları rəzil günə salmaq lazım deyil. Onları bu günə salan səbəblərdən biri də yalan xülyalar, boş iddialar və əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının rəzil duruma salınmasında öz mənfi rollarını oynadılar.Azərbaycanın hərb meydanında tarixi qələbəsini yüksək qiymətləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etmişdir: “Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qaldı və mən tam əminəm ki bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcəkdir”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabr ayının 3-də imzaladığı sərəncama əsasən noyabrın 8-i hər il ölkəmizdə təntənəli şəkildə qeyd ediləcək “Zəfər” günü kimi bayram günləri sırasına daxil edildi. Şuşanın düşmən əsarətindən azad ediməsi müharibənin taleyində həlledici rol oynadı. Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının imzalanması, Ermənistanın öz məğlubiyyətini qəbul etməsi və kapitulyasiyası ilə nəticələndi. Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını bir şəhid vermədən, bir güllə atılmadan Azərbaycana qaytarmağa məcbur oldu.Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan xalqı özünün itirilmiş, işğal edilmiş, düşmən tapdağı altında qalmış torpaqlarının bir hissəsini geri qaytardı, qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Günbəgün qəlbimizdə böyüyən bu fəxarət hissini, bu qələbə ovqatını şanlı qəhrəmanlıq salnaməsi yazan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, müzəffər ordumuza, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə borcluyuq.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri