PDF Oxu

Siyasət

  • 3 036

Tariximizə yazılan qələbə ŞƏRH

Tariximizə yazılan qələbə ŞƏRH

Ali Baş Komandan 27 sentyabr 2020-ci il tarixində xalqın gözlədiyi əmri verdi və “Qarabağ Azərbaycandır nida” ifadəsi ilə oğullarımızın bir olub, torpaqlarımız uğrunda mübarizəyə qalxmağa səslədi. 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azadlığı ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə və xalqımızın qürur mənbəyinə çevrildi. Azərbaycan oğulları başda Ali Baş Komandan olmaqla tarix yazdılar,-desək daha doğru olar. Bu zəfər bir də ona görə baş tutdu ki, bütün xalq Ali Baş Komandanın əmri və Dəmir yumruğu altında birləşdi. Şair gözəl deyib “-Bu gözəl söz, el-obanın dilindədir, Dəmir yumruq dəmir kimi bir kişinin əlindədir!” (Zahid Xəlil) O, Dəmir yumruq Azərbaycan ordusunun tək-tək cəmləşən barmaqları idi və elə ona görə də bir yumruq altında birləşincə dünyaya səs saldı. 44-gün ərzində Azərbaycan xalqının yeni tarixi yazıldı. Bu illər ərzində diplomatik səviyyədə də tariximizi yazan və hər zaman öz siyasəti və mübarizəsi ilə düşməni susdurub yerində oturdan Ali Baş Komandan mübarizlik və qəhrəmanlıq rəmzinə çevrildi. Cənab Ali Baş Komandanın ən mükəmməl siyasəti onun məhz Azərbaycan xalqı ilə birlikdə olması oldu. Hər zaman xalqının içərisində olaraq, onları bir vəhdət halında birləşdirməyə qadir olan dövlət başçımız torpaqlarımızın azadlığı xəbərini televiziya vasitəsi ilə xalqa xəbər verəndə keçirdiyi sevinc və qürur hissini xalq ilk dəfə onun simasındakı səmimi iftixar hissində görür və daha da mükəmməl şəkildə cənab prezidentin ətrafında birləşməyə can atır, hər kəs gücü çatdığı şəkildə digər rayon və kəndlərin alınmasına yardım edirdi. Bu birlik əsgər və zabitlərimizə, ordumuza güc verir və onları mübarizəyə səsləyirdi. Orduda olan döyüşçü öz ailəsi üçün narahat olmurdu. Azərbaycan döyüşçüsü bilirdi ki, onun ailəsinin yanında Ali Baş Komandan və Azərbaycan xalqı dayanıb. Məhz elə ona görə də tez bir zamanda Azərbaycan bəşəriyyətə varlığını sübut etdi. 44-günlük müharibə bir xalqın baş ucalığına, və şax qamətinə çevrildi. 44-günlük müharibə bir oğulun ata vəsiyyətini yerinə yetirməsinə səbəb oldu. Torpaqlarımız bir-birinin ardınca düşmən tapdağından azad edildi. Rəşadətli ordumuz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını. Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonunun bir neçə kəndini və s.ümumilikdə , 300-dən çox yaşayış məntəqəsini və Ağdərə, Murovdağ, Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdilər. Hər bölgənin azadlığı xalqımızın sevincinə sevinc qatdı. Ordumuz qazandığı qələbə ilə yekunlaşmadı. Ali Baş Komandanın və Azərbaycan ordusunun əsas məqsədi Şuşa üzərində qələbə çalmaq və vətənimizin mədəniyyət beşiyi Şuşanı azad etmək məsələsi idi. Şuşa üzərində qələbə qazanmaq tariximizə atılan ən qiymətli imza oldu. 8 noyabır 2020-ci il tarixində Azərbaycan xalqı 30-illik həsrətə son qoydu. Şuşa azad oldu. Bu tarix və zəfər dünya hərb tarixinə düşən hərbi əməliyyat kimi yaddaşlara köçdü. Ali Baş Komandanın “Şuşa, sən azadsan, Şuşa, biz səni dirçəldəcəyik!”-deyə verdiyi söz tez bir zamanda həyata keçdi. Şuşaya yollar salındı, Şuşaya gələn qonaqların ardı-arası kəsilmədi. Şuşa yüksəkliklərindən baxan hər kəs Şəhidlərimizin əziz xatirəsini unutmadı. Dövlətimizin yaratdığı hər bir gözəllik Şəhidlərimizin ruhuna müqəddəs duadır. Prezidentimiz tərəfindən 2022-ci ilin Şuşa ili elan edilməsi bütün xalqımızın sevincinə və qüruruna səbəb oldu. Bu il işğaldan azad olunan torpaqlarımızda yeni quruculuq işləri aparılıb, “Ağıllı kənd” kimi gözəl layihələr həyata keçirilib, kəndlərimiz abadlaşıb və kəndə qayıdış xalqımıza ən gözəl töhfədir. Xalqımızın və Ali Baş Komandanımızın birliyi və bərabərliyi dövlətçiliyimizi zəfərdən-zəfərə aparır.Var olsun Azərbaycan xalqı, Azərbaycan ordusu və Ali Baş Komandanımız!

Mərziyyə Nəcəfova
YAP Yasamal rayon AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər