YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Azər İsmayılov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və YAP Yasamal rayon təşkilatının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Mustafayev Nurlan Ağa oğlunun ailəsi ziyarət olunub.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində ölkəmizin igid övladları mərdliklə vuruşaraq, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Qeyd olunub ki, Şanlı Qələbəmiz Ulu Ööndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi daim uca tutulur, hər zaman ehtiramla anılır.Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra Mustafayev Nurlan Ağa oğlu "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nəzakət Ələddinqızı