“Paşinyanın İrana səfəri növbəti dəfə Ermənistanla İranın nə qədər qeyri-səmimi dövlət olduğunu ortaya qoydu. Təsəvvür edin ki, bir tərəfdə özünə İslam ölkəsi deyən İran, digər tərəfdə isə Qərb İmperializmi hakimiyyətinin yarandığı Ermənistan dayanır. Bu gün Ermənistan o qədər rəzil bir duruma qalıb ki, İranın yardımlarından, köməyindən mədət umur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, eyni zamanda İranın Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə etməyinə şərait yaradır: “İran həm ölkə daxilindəki güclənən etiraz aksiyalarının fonunda Ermənistanın İranla əlaqələrini dərinləşdirməyi, əslində, hər iki ölkənin dünyada olmayan nüfuzunu bir daha göstərdi. Bu səfər, sadəcə olaraq, Azərbaycan və Türkiyənin əleyhinə mesaj vermək üçün həyata keçirilmiş səfərdir. Eyni zamanda hazırda Ermənistan o qədər bərbad iqtisadi vəziyyətdədir ki, İrandan hansısa yardımlar ummağa çalışır. Amma İranın özündə aclıq, səfalət, yoxsulluq və insan haqları ilə bağlı bərbad vəziyyətin olması əhalinin küçələrə çıxması ilə nəticələndi. Yəni bu gün İranın da hansısa bir formada Ermənistana dəstək göstərmək gücü yoxdur. Sadəcə olaraq bu səfərin fonunda hansısa kiçik çaplı müqavilələr imzalanıb. Bu müqavilələrin də hesab edirəm ki, nə İrana, nə Ermənistana heç bir xeyri yoxdur. Çünki hər iki ölkə apardıqları aqressiv, anlamsız və rasional olmayan siyasi xətlə dünyada kənarlaşdırılmış və təklənmiş ölkələr qismində qəbul edilirlər”.
Müəllif: Səbinə Hüseynli