PDF Oxu

Siyasət

  • 3 033

"Hərbi qələbəmiz yeni milli birlik və kimlik yaradıb" - ZAHİD ORUC

"Hərbi qələbəmiz yeni milli birlik və kimlik yaradıb" - ZAHİD ORUC

“Parlament partiyaları, o cümlədən Milli Məclisdə təmsil olunmayan partiyaların bu qanun layihəsinin müəllifi olduğunu az sonra görəcəksiniz. Burada 47 partiya tərəfindən təklif var”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Siyasi partiyalarının ictimai dinləməsində deputat Zahid Oruc deyib.Onun sözlərinə görə, Siyasi partiyalar haqqında qanunvericilik layihəsinin müzakirəsi mühüm hadisədir: “Qələbədən əvvəl və sonra ifadəsi ictimai- siyasi həyatın bütün sferasında öz əksini tapır. Hərbi qələbəmiz yeni milli birlik və kimlik yaradıb. Böyük qayıdışa başlayan Azərbaycan qarşıdakı illərdə 100 minlərlə insanı öz torpağına qaytaracaq. Yeni reallıq meydana gələcək. Biz 100 il əvvəl tarixi seçim anlarında ərazi itkiləri ilə üzləşmişik. İndiki dövrdə isə eyni səhvlər ola bilməz. İstəyirik ki, xalq Vətən müharibəsində olduğu kimi dövlətlə eyni səngərdə olsun”.

Ayşən Vəli

Digər xəbərlər