“Bu gün QHT sektoru ilə belə bir görüşün təşkili ictimai rəydə siyasi partiyaların ictimai portretini təyin edir və vacibdir. Siyasət hərşeydən öncə mədəniyyətdir. Bu qanunun təkmilləşməsi ilə bağlı bu cür müzakirələr qanunun təbliğinə və siyasi motivlərə xidmət edir”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Siyasi partiyalarının ictimai dinləməsində deputat Hikmət Babaoğlu deyib.Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Mən təklif edirəm ki, 200 nəfər təsisçi çox vacibdir. Partiya ümumi kütləvi olduğuna görə Respublikanın bütün sahələrini əhatə etməlidir. Yəni, bir nəfər siyasi sistemi məhəllələşdirməsin. Siyasi sistem ümumidir və bir çətir altında olmalıdır.Onu da qeyd edim ki, siyasi sistemdə hüquqşünasların öz yeri var. Onların da bu qanun layihəsinə rəy bildirmələri vacib ola bilər.Say məsələsi ilə bağlı fikir bildirmək istəyirəm ki, 0.01 faiz nəzərdə tutulur. Hətta mənə elə gəlir ki, bu azıdr. Çünki siyasi təşkilatlanma kütləvi hadisədir”.
Ayşən Vəli