“Bu cür müzakirələr məni çox məmnun edir. Mən onun tərəfdarıyam ki, bu qanun layihəsi zəruridir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Siyasi partiyalarının ictimai dinləməsində deputat Tahir Kərimli deyib.Onun sözlərinə görə, 30 il ərzində bu partiyalar hissə-hissə yarandı. 1000 nəfəri qeydə aldıq, amma rəhmətə gedənlər və hətta hansı partiya üzvü olduğunu unudanlar var. Biz cəmiyyətin içinə gedib deməliyik ki, “İdeologiyamız budur. Bizim məqsədimiz var”. İnsanları məqsədimizlə tanış etməliyik. Bu çətinlik qarşısında bir sıra partiyalar birləşməlidir. Bu çox çətindir. Görəsən, liderlik ambisiyalarımız buna imkan verəcəkmi? Mən düşünürəm ki, bir nəfər bir çox partiyanın üzvü ola bilməz. Bu heç etik də deyil. Bu məsələyə də toxunmaq istəyirəm ki, qadın liderlərə qarşı aqressiyamız yoxdur. Heç kim bunun əleyhinə deyil. Təki qadınlar da lider olsun”.
Ayşən Vəli