PDF Oxu

Siyasət

  • 2 576

“Bu qələbə xalqımıza hava-su kimi lazım idi“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu qələbə xalqımıza hava-su kimi lazım idi“ - MÜNASİBƏT BİLDİRİLDİ

“8 noyabr Azərbaycan şəhidlərinin, qazilərinin və Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazdığı qələbə günüdür. Bu gün xalqımızın 30 ildir gözlədiyi gündür”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, “Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu deyib.Onun sözlərinə görə, 30 ildir Azərbaycan xalqı mənfur düşmənin işğal olunmuş torpaqlarımızdan rədd olub gedəcəyini gözləyirdi: “Biz bilirdik ki, Azərbaycan xalqı qüdrətli xalqdır və torpağımızı düşməndən azad edə bilərik. Çünki ermənilər qorxaq və yaltaq bir millətdir”.Rey Kərimoğlu sözlərinə belə davam edib: “Ermənilərin arxasında həmişə Rusiya, İran və Fransa olub. Amma cənab Prezident İlham Əliyev demişkən, o nəyi, necə və nə vaxt edəcəyini hamıdan yaxşı bilən bir şəxsiyyətdir. Prezidentimiz vaxtında qərar qəbul etdi və torpaqlarımız azad edildi. 3 min şəhidimiz və xeyli qazimiz oldu. Amma bu qələbə xalqımıza hava-su kimi lazım idi. Mən, həm də bir Qarabağ qazisi olaraq cənab Prezidentə uğurlar arzulayıram. Biz daim onun yanındayıq. Allah Prezidentimizi, dövlətimizi və xalqımızı qorusun ”.

Ayşən Vəli

Digər xəbərlər