Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “C.Cabbarlı” Ərazi Partiya təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi və 8 noyabr Zəfər günü münasibətilə “Tarix yazanlar” adlı tədbir keçirilib. SİA xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatı “C.Cabbarlı” ərazi partiya təşkilatının sədri Hürü Şirinova Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişafı dövründən və bu günki qüdrətindən danışaraq, dövlətçiliyimizin inkişafında və xalqımızın firəvan həyatının təmin olunmasındakı əhəmiyyətli rolundan bəhs edib.YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası xalqımızın çox çətin duruma düşdüyü vaxtda, nicat yolunu Ulu Öndər Heydər Əliyevdə görən ziyalılarımızın Əvəzedilməz Lider Heydər Əliyevə müraciəti əsasında yaranaraq qısa müddət ərzində monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrilib. Natiq qeyd edib ki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev başda olmaqla, bütün YAP üzvlərinin çox böyük rolu və əməyi olmuşdur. Qəhrəman hərbiçilərimizlə birlikdə, YAP üzvləri də döyüşlərdə iştirak edərək canları və qanları bahasına torpaqlarımızı mənfur düşməndən azad etmiş, əksər üzvlər isə arxa cəbhədə maddi və mənəvi dəstək göstərmişlər.Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov çıxış edərək təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyasının ötən 30 ildə bir çox tarixi əhəmiyyətli uğurlara imza ataraq, tarixin ciddi sınaqlarından üzü ağ çıxdığını, bu illər ərzində inkişaf edərək möhkəmləndiyini, bütün siyasi kompaniyalarda qələbə qazanmaqla seçki təcrübəsini zənginləşdirdiyini və siyasi nüfuzetmə qaydalarini təkmilləşdirdiyini vurğulamışdır.Sonda rayon təşkilatının həyatında fəal iştirak edən iki partiya üzvünə diplom və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.
sia.az