PDF Oxu

Siyasət

  • 3 010

“Ermənistan İranın qara bazarıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan İranın qara bazarıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Təəssüf hissi ilə qeyd edirəm ki, həm qonşumuz, həm də din qardaşımız olan İran son zamanlar dövlətimizə, ərazi bütövlüyümüzə qarşı hörmətsizliklər nümayiş etdirir. Mən əvvəlki çıxışlarımda da demişəm ki, İranın Ermənistanı dəstəkləməsi heç də təbii deyil. Çünki burada məqsəd sırf öz ticari mövqeyini qorumaqdır. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, Ermənistanın ən güclü ticari iki tərəfdaşından biri İrandır. Lakin buradakı ən vacib məqam qarşılıqlı dövrüyə məsələsi də deyil. Ermənistan İranın qara bazarıdır desək yanılmarıq. Bu qara bazar da İrəvanda deyil, məhz Qarabağda idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, Azərbaycan 44 gündə sırf düşmənə deyil, İranın leqal olmayan ticarətinə də zərbə endirdi: “Bu səbəbdən İran daim Ermənistanın mövqeyini müdafiə edir. Lakin mən əminəm ki, erməni hakimiyyəti və siyasi görüşü olan hər kəs bilir ki, burada niyyət nədən ibarətdir”.Deputat sözlərinə belə davam edib: “Bildiyiniz kimi bir müddət əvvəl İran Azərbaycanla sərhəddə təlimlər keçməyə başladı. Birmənalı olaraq bir ölkənin digər ölkənin sərhəddində hərbi təlimlər keçməsi yalnız "güc nümayişi" kimi qiymətləndirilir. Bu təlimlərin keçirilməsi Azərbaycanı təəccübləndirməyə bilməzdi. Çünki 30 ildi İran sərhəddə belə bir təlim keçirməyib. Azərbaycanın Qarabağı azad etməsindən sonra təlimlərin keçirilməsi İranın Azərbaycanın gücündən ehtiyat etməsinə işarədir.
İran Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi. Lakin artıq dövlətimiz başqa bir ölkənin torpaqlarımız daxilində öz yolu kimi istifadə etməsinə mane oldu. Təbii ki, İranı qıcıqlandıran amillər içərisində bu da var. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın.Azərbaycan bütün qonşuları ilə münasibətlərində səmimidir və İrana qarşı da eyni xətti tutur. Mən düşünürəm ki, İran qırmızı xəttin haradan keçdiyini yaxşı bilir və haradan qayıtmaq lazım olduğunu da anlayır”.
Ayşən Vəli

Digər xəbərlər