PDF Oxu

Siyasət

  • 2 938

"İran Azərbaycana qarşı olan kinini gizlətmir" - SİYASİ EKSPERT DANIŞDI

"İran Azərbaycana qarşı olan kinini gizlətmir" - SİYASİ EKSPERT DANIŞDI

"İranın son addımları Azərbaycana qarşı açıq şəkildə yönəlmiş addımlardır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.Onun sözlərinə görə, bizə hər zaman İranın bölgədə pozucu fəaliyyətləri bəlli olub: "İran Ermənistana son 30 ildə işğalçılıq siyasətində gizlin şəkildə dəstək olub, lakin vətən müharibəsindən sonda sanki maskalar yırtıldı və artıq İran Azərbaycana qarşı olan kinini gizlətmir. Bunun da əsas səbəbi təbii ki, Azərbaycanın bir dövlət kimi güclənməyi, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi və Türkiyə ilə sıx ittifaqı və bölgədə söz sahibinə çevrilməsidir. Bu hadisələr bir növ Cənubi Azərbaycanda da oyanış hərəkatına təkan verdi. Bütün bu hadisələrdən sonra İran rəsmiləri və ictimai xadimləri və mətbuatında artıq açıq şəkildə Azərbaycana qarşı yönəlmiş bəyanatların artdığının şahidi olduq. Təbii ki, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən aşkarlanmış İran dəstəkli terror qruplaşmasının pozucu fəaliyyətinin qarşısının alınması görünür ki, İran Parlameninin spikerinin Azərbaycana planlaşdırılan səfərinin təxirə salınması ilə nəticələnib. Üstəlik bundan sonra Ermənistana səfər edəcəyi xəbərinin açıqlanması İranın açıq şəkildə Ermənistana olan dəstəyinin nümayişidir.Azərbaycan tərəfi İranla məsələlərin hər zaman diplomatik yolla çözümünun tərəfdarı olub, lakin son zamanlar ölkəmizə qarşı yönələn təxribatlara haqlı olaraq adeqvat cavab verir, çünki istənilən xarici qüvvələrin ölkəmizin suverenliyi əleyhinə yönəlmiş addımları qətiyyətlə alınmalıdır. Azərbaycan heç bir dövlətə, o cümlədən İrana da imkan verməyəcək ki, ölkəmizin ərazisində öz qanunsuz və pozucu fəaliyyətlərini həyata keçirsin. Ermənistanla isə İranın bu qədər yaxınlaşması artıq siyasi məkirliyini gizlətməməsindən xəbər verir".

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər