PDF Oxu

Siyasət

  • 2 526

Fransa Aİ-ni özü ilə bağlı hansı fəsadlara doğru sürükləmək istəyir? SİYASİ RAKURS+ÖZƏL

Fransa Aİ-ni özü ilə bağlı hansı fəsadlara doğru sürükləmək istəyir? SİYASİ RAKURS+ÖZƏL

Yaxud, Ermənistanın böyük bacısı Avropanı Rusiyanın diktəsi altına doğru apara biləcəkmi?

Məlum olduğu kimi, Fransa Senatının ermənipərəst deputatları noyabrın 15-də Azərbaycan əleyhinə bir sıra sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələni gündəmə gətirəcəklər. Daha dəqiq desək, artıq bu məsələ gündəmdədir, sadəcə, qalır embarqo tətbiqinin rəsmiləşdirilməsinə ki, həmin tarix noyabrın 15-nə təsadüf edir. Beləliklə, ölkəmizin əleyhinə, Ermənistanın isə lehinə olan sözügedən qərar qüvvəyə minərsə Fransa Ermənistanı nəinki iqtisadi cəhətdən, həm də hərbi cəhətdən öz himayəsinə ala, Azərbaycana qarşı isə daha mənfur addımlarını ata bilər.
Azərbaycan və dostları on minlərlə imzaya hesablanmış petisiya hazırlayıb
Əbəs deyil ki, artıq Azərbaycanın fəal ictimai rəyinin təşəbbüsü ilə qətnamənin qəbulu əleyhinə petisiya da imzalanmaqdadır və bu petisiya Senata təqdim olunacaq. O cümlədən, petisiya Azərbaycanın Qazaxıstan, Özbəkistan və s. ölkələrdəki dostları tərəfindən də imzalanmaqdadır. Orta hesabla toplanası olan 100 minlik imzanın artıq hazır olduğu barədə məlumatlar da var.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Fransanın özü qətnaməni qəbul edərsə bu zaman onun özü hansı məqamlarla qarşı-qarşıya qalar..?
Senat və Makron Fransa hökumətinin başına hansı problemləri yağdıracaq?
Söz yox ki, bu, ilk növbədə, Azərbaycanın bu ölkə ilə diplomatik və iqtisadi əlaqələrinə ciddi mənfi təsirlərini göstərəcək, hətta bu əlaqələrə son da qoyula bilər. Eyni zamanda, Fransa Senatı anti-Azərbaycan qətnaməsini qəbul edəcəyi halda bu ölkə Azərbaycanın neft və qazının əldə olunması ilə bağlı yarana biləcək problemləri, fəsadları öz üzərinə götürə, yaxud buna görə Avropa ölkələri qarşısında cavabdehlik daşıya bləcəkmi? Çünki Senatın ermənipərəst deputatlarının, eləcə də prezident Emmanuel Makronun mövcud məsələni dəstəkləmələri növbəti problemləri Fransa hökumətinin başına yağdıracaq:
Beləliklə..!
1.Rusiya qazını Azərbaycan qazı ilə əvəzləyən Avropa İttifaqı ölkələri yenidən Rusiyanın təsiri altına düşməli və Moskvanın qərarlarından asılı olacaqlar. Məsələn, Moskvanın diktəsi ilə onlara sərf etməyən şərtlərlə razılaşmaqdan başqa çarələri qalmayacaq. Üstəlik, qlobal iqtisadi problemlər müstəvisində başda Fransa olmaqla Avropa ölkələri kifayət qədər maliyyə itkilərinə məruz qalacaqlar.
2. Fransa öz qazını bəzi ölkələrlə paylaşa biləcəyinə hazır olduğunu bəyan edib. Və əgər Aİ Azərbaycan qazının ixracına qarşı embarqonun qüvvəyə minməsi ilə bağlı qərarı dəstəkləyərsə Fransa özü-özünü ciddi itkilərlə qarşı-qarşıya qoymalı olacaq. Əbəs deyil ki, bu haqda İsveçrənin aparıcı iqtisadi nəşri - “L'Agefi” qəzeti yazıb.
Nəticədə, Fransanın Ermənistana böyük bacılıq prinsipindən yanaşmasının, əslində, təkcə Fransanın özünə deyil, həm də Aİ ölkələrinə də nə qədər mənfi təsirlərini, fəsadlarını göstərəcəyini təsəvvürlərdə canlandırır. Bu baxımdan, artıq Avropa İttifaqında olan bir sıra siyasi-iqtisadi mərkəzlər Fransa Senatının qaldıracağı məsələyə qarşı çıxış edir, üstəlik rəsmi Parisin Ermənistana görə Avropanı nə qədər çətin vəziyyətə doğru sürüklədiyini bildirirlər.Ancaq daha bir mühüm fakt budur ki, Fransanın mövcud siyasətinin Azərbaycana təsir, təzyiq mexanizmlərini reallaşdırması cəhdləri ölkəmiz, dövlətimiz tərəfindən ciddi müqavimətlə rastlaşacaq. Ermənipərəst Senat istədiyi addımlarını ata bilər, amma bu addımı ilə bağlı özünün nə qədər acınacaqlı vəziyyətə düşməsini də artıq öz günahı hesab etməlidir...
Rövşən RƏSULOV

Digər xəbərlər