PDF Oxu

Siyasət

  • 2 484

Şuşa… Azərbaycanın döyünən ürəyi…

Şuşa… Azərbaycanın döyünən ürəyi…

1992-ci il 8 mayda itirdiyimiz, 30 ilə yaxın həsrətində qaldığımız doğma diyarımız. Sənə qovuşmaq üçün neçə min insan canından keçdi, sənə həsrət qalaraq neçə min insan dünyadan köçdü. Amma artıq bu günlər geridə qaldı. Çünki , Müzəffər Ali Baş Komandanımız 2020- ci il 27 sentyabrda əks-hücum əmri verərək igid oğullarımızı Qarabağ uğrunda döyüşə , bir olmağa səslədi. 44 günlük “Ikinci Qarabağ müharibəsi”- ndə torpaqlarımız işğaldan azad olunmuş, Qarabağ, Şuşa həsrətinə son qoyulmuşdur.Vətən Müharibəsi başlayan ilk gündən torpaqlarımızın işğaldan azad olunması xəbərləri gəlirdi. Ancaq hər birimizin ürəyi sanki Şuşa ilə döyünürdü. Onun xəbərini eşitməyi səbirsizliklə gözləyirdik. Digər rayonlar, kəndlər kimi Şuşanı işğaldan azad eləmək mümkün deyildi. Çünki, havadan atılan hər zərbə oranın dağılması, məhv olması demək idi. Komandanlıq buna razı olmadı. Tək bir çarə qalırdı. Fəth edilməsi çətin olan Şuşani əlbəyaxa döyüşlə almaq.Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndlərini işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşaya daxil oldular. Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür.Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir. Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdir.Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Bu xəbəri verməzdən qabaq Ümumilli lider Heydər Əliyevin məzarı önündə nümayiş etdirdiyi ehtiram , məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini demək, həm də Azərbaycanın dövlətçilik prinsiplərinə sahib olduğunu göstərməsi idi.Şuşanın işğaldan azad edilməsi ermənilərin öz məğlubiyyətlərini qəbul etməsi, buranı tərk-silah etmələrinə səbəb oldu. Nəinki hərbi ekspertlərin, hətta ermənilərin özlərinin də dediyi kimi “Kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Bəli, Şuşaya nəzarət edən Şanlı Azərbaycan Ordusu tarix yazdı.Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Şuşa artıq bizimdir, biz Şuşaya qayıtmışıq.
Şuşa, biz səni dirçəldəcəyik!

Gülşən Hüseynova
Xəzər rayonu, 334 saylı tam orta məktəbin müəllimi

Digər xəbərlər