PDF Oxu

Siyasət

  • 3 138

"Hər iki lider bir-birinə qarşı dost və qardaşlıq münasibəti bəsləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Hər iki lider bir-birinə qarşı dost və qardaşlıq münasibəti bəsləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün Azərbaycanla Özbəkistan dövlətinin əlaqələri ən yüksək səviyyədə inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son zamanlar bir neçə dəfə Özbəkistanda səfərdə olub: "Özbəkistan Prezidenti də Azərbaycanda səfərdə olub. Hər iki lider bir-birinə qarşı dost və qardaşlıq münasibəti bəsləyir. Biz hər dəfə ölkə başçısının Özbəkistana səfəri zamanı ona göstərilən isti münasibətin şahidi oluruq. Bu da onu göstərir ki, Özbəkistanla Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Həm siyasi, həm iqtisadi sahədə əlaqələr gücləndirilir. Bu əlaqələrin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Sonrakı dövrlərdə Azərbaycan Prezidenti bu əlaqələri davam etdirdi. Biz deyə bilərik ki, ikitərəfli əlaqələr yüksək səviyyədə davam etdirilir. Bu gün Türk Dövlətləri Təşkilatının Özbəkistanda konfransının keçirilməsi də önəmlidir. Bu konfransda türk dövlətlərinin liderləri iştirak edəcək. Konfransda vacib məsələlərin müzakirəsi nəzərdə tutulub”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər