Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.
İlham Əliyev
Üç rəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Bayrağın üç rəngi milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edir. Bu “Türkçülük, islamçılıq və müasirlik” prinsipi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə tərəfindən irəli sürünmüşdür. Soevt hakimiyyıtin süqutundan sonra üçrəngli Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycanın Dövlət bayrağı tək ölkəmizin vətəndaşları üçün deyil, dünya azərbayçanlılar üçün müqəddəs dövlətçilik rəmzidir. Üç rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Onu biz göz bəbəyi kimi qorumalıyıq. Bu gün bayrağımız Qarabağda, Şuşada dalğalanırsa, artıq bu əbədidir. M.Rəsulzadə dediyi kimi: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Və enməyə qoymadıq. Şəhidlərimiz canları ilə, qanları ilə bayrağı Qarabağda, Şuşada yüksəltdilər.Cənab prezidentimiz İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 13 ildir ki, noyabrın 9-u ölkədə Dövlət bayrağı gününü qürurla qeyd edirik. Bu gün 180-dən çox dövlətin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı. Azərbaycanlı kimi bununla çox qürur duyuram.
Ulu öndər Heydər Əliyevin demişdir: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".
Zəfərimizin ilk ilində Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi, Vaqif Poeziya Günləri keçirildi. Artıq bayrağımız müğamlarımızla dalğalanır, azərbaycan müsiqisi ilə dalğalanır. Muğamları dinlərkən gözümüzün önünə şəhid və qazı əsgər-zabitlərimizin qəhramanlığı gəlir, gözlərinizdən qürur göz yaşları axır. Bu hissi heç bir sözlə, heç bir cümlə ilə çatdirmaq olmur. Bun hissi yalnız azərbaycanlı yaşaya bilər, bilə bilər. Bundan belə Qarabağın səmasında yalnız azərbaycan musiqisi yükələcək.Bayrağımız bizi haqq-ədalət uğrunda, Vətən uğrunda mübarizəyə çağırdı. Sona kimi bu mübarizədə azərbaycan xalqı öz qəhramanlığını göstərdi. Mənfur düşmənimiz həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğradı. Artıq iki ildir Bayraq bayramını qalib ölkə kimi qeyd edirik. Qürurla qeyd edirik. qürurlanmağa da haqqımız var. Çünki bizim dünya siyasətində tək olan, azırbaycan xalqının ən çətin günündə son nəfəsinə qədər yanında olan Heydər Əliyev kimi Ümumilli liderimiz, mənfur düşmənimizə öz yerini göstərən, Zəfəri bizə yaşadan İlham Əliyev kimi Ali Baş Komandan, Prezidentimiz var, qəhrəman xalqımız var. Bu Zəfəri bizə canı-qanı bahasına yaşadan şəhidlərimizə, sağlamlığı bahasına yaşadan qazilərimizə borcluyuq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyin Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri