PDF Oxu

Siyasət

  • 2 076

"Düşmənin atəşkəsi pozduğu mövqeləri darmadağın etməliyik" - HƏRBİ EKSPERT AÇIQLADI

"Düşmənin atəşkəsi pozduğu mövqeləri darmadağın etməliyik" - HƏRBİ EKSPERT AÇIQLADI

"Erməni təxribatlarının yaxın perspektivdə daha da artacağına dair ehtimallarımız artıq özünü doğruldur. Görünür, sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin başına gələn fəlakətləri təkrarlamaq məcburiyyətində qalacağıq". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.Onun sözlərinə görə, həm Laçın dəhlizi ilə Qarabağa silah daşınması, həm Qarabağ ərazilərindən Azərbaycan əsgərinə qarşı atəş açılması, həm də delimitasiya olunmamış Azərbaycan-Ermənistan sərhədində əsgərimizə qarşı atəşkəsin pozulması bizim üçün qəbuledilən vəziyyət deyil".Ədalət Verdiyev sözlərinə belə davam edib: "Azərbaycan tərəfi bu təxribatların qarşısını təcili sürətdə almaq üçün təsirli və adekvat tədbirlər görməlidir. Çünki bu təxribatların miqyası Ermənistana və Qarabağa verilən silahlar konteksində daha da genişlənə bilər. Biz düşməni dizi üstündən qalxmağa imkan verməməliyik. Düşmənin atəşkəsi pozduğu mövqeləri darmadağın etməliyik. Həmin yerlərdə də Azərbaycan Ordusunu və bayrağını yerləşdirməliyik".

Ayşən Vəli

Digər xəbərlər