Noyabrın 10-da Lerik rayonun Hovil kəndində Vətən müharibəsi şəhidi İbrahimov İmaməli Elman oğlunun anım mərasimi keçirilib. Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov,YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları və şəhidin ailə üzvləri iştirak etmişlər. İlk öncə şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülərək, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Hovil kəndində şəhid İbrahimov İmaməlinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunan bulaq kompeleksinin və Mərasim Evinin açılışları olmuşdur. Xatırladaq ki, şəhid İbarimov İmaməli 17 yanvar 1995-ci ildə Lerik rayonu Hovil kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci ilin yanvar ayından artıq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı tuşlayıcı - operator kimi hərbi xidmətini yerinə yetirib. Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətlərində əməliyyatlarda iştirak edib. 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmən diversiya qrupunu məhv edərkən qəhramancasına şəhid olmuşdur.Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahimov İmaməli ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
sia.az