PDF Oxu

Siyasət

  • 2 204

Azərbaycan öz müsəlman qardaşlarını daim dəstəkləmişdir!

Azərbaycan öz müsəlman qardaşlarını daim dəstəkləmişdir!

Bildiyiniz kimi, Azərbaycan zaman-zaman əsrlər boyu müxtəlif yollarla, böyük dövlətlərə qarşı vuruşaraq öz müstəqilliyini və azadlığı üçün mübarizə aparmışdır. Dünya tarixinə nəzar saldıqda aydın olur ki, müsəlman ölkələr digər ölkələrin işğalına məruz qalmışdırlar. Bu istər Azərbaycan olsun və yaxud digər müsəlman ölkəsi. Misal olaraq bildirmək istəyirəm ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkmiş dövlətlərdəndir. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. Həmçinin, Əlcəzairdə Fransa tərəfindən olan işğalda bir daha bunun əyani sübutunu təsdiqləyir.Bu gün isə artıq müsəlman ölkələri bəşəriyyətdə bir həmrəylik göstərərək, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilat ətrafında sıx birləşdilər. Qoşulmama Hərəkatına sədrliyi Azərbaycan etdiyi dövrdə beynəlxalq arenada mühüm rol oynamışdır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan isə 2019-cu ildən etibarən, bu təsisatın sədridir və bir ölkə olaraq bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu da Azərbaycanın mövqeyinə və siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirməkdədir. Azərbaycanın etdiyi sədrlik bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Bunun bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövrü COVID-19 dövrünə təsadüf etmişdir və bir ölkə olaraq Azərbaycan bu məsələdə çox fəal idi. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatının Sammitini təşkil edərək, bu sammitə ev sahibliyi də etmişdir. Azərbaycan 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olmuşdur. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.Biz inanırıq ki, bundan sonra da dünya siyasətində müsəlman ölkələri yaxından iştirak edərək, qlobal məsələlərin həlli istiqamətində öz təzahürünü vermiş olacaqlar.

Behbud QULUZADƏ,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər