"Tarixi zəfərin əldə olunması ilə əlaqədar olaraq Zəfər bayramının ikinci ildönümündə cənab İlham Əliyevin Şuşada hərbiçilər qarşısında çıxışı geniş proqram xarakterli idi. İndiyə qədər əldə olunan nailiyyətlər və bundan sonra qarşıda duran vəzifələr bütövlükdə Azərbaycan Respublikasının yaxın gələcəkdə həyata keçirəcəyi bütün istiqamətlər əks olunmaqla, strateji hədəflər göstərilməklə bütün mənalarda dövlətimizin inkişaf konsepsiyasının strateji məqamlarını İlham Əliyev öz çıxışında əks etdirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.Onun sözlərinə görə, cənab İlham Əliyev Azərbaycanın inkişafı ilə yanaşı Dünya Azərbaycanlılarının milli maraq və təhlükəsizliyinə aid olan məsələlərə aydınlıq gətirdi. Bunu da xüsusi qeyd etmək lazımdır ki, bu gün sayı 60 milyondan çox olan Dünya Azərbaycanlılarının 40 milyondan çoxu Güney Azərbaycanda yaşayır. Güney Azərbaycandakı soydaşlarımızın fars molla rejimi tərəfindən ədalətsiz olaraq haqq və hüquqları tapdalanır. Ölkə Prezidenti buna da aydınlıq gətirdi".Rauf Zeyni sözlərinə belə davam edib: "Əgər bu günləri Azərbaycanın təhlükəsizliyinə hər hansı bir təhdid olarsa, bunun qarşısı yerindəcə alınacaq. Cənab Prezident həm hərbi, həm siyasi, həm də iqtisadi məsələlərin hamısına konseptual münasibət bildirdi. İlham Əliyev strateji hədəflərin hamısını həm Azərbaycan xalqına göstərdi, həm də bütün dünyaya mesajlarını verdi.Zəngəzur dəhlizi də daxil olmaqla, Böyük Sülh Sazişinin Ermənistanla imzalanmasına qədər bütün vacib məqamlar qeyd olundu. Düşünürəm ki, QHT-lər də üzərinə düşən vəzifələri müəyyən edib və bir daha dəqiqləşdirib".
Ayşən Vəli