Orqanların çıxarılması insan sağ ikən baş verir, çünki meyitdən götürülən orqanlar heç nəyə yaramır
Ötən il dünyada orqan köçürülməsi əməliyyatlarının sayı 30% artıb. Hər il təxminən 120 min orqan transplantasiyası həyata keçirilir. Bu rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə böyükdür və bu ticarətin qlobal dövriyyəsi trilyonlarla ölçülür. Bir müddətdir ki, Azərbaycanda da orqan transplantasiyası haqda yeni qanunun qəbulu məsələsi yenidən aktuallaşıb. Söhbət ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsi ilə bağlıdır. Müvafiq qanun layihəsi parlamentə təqdim olunub və müzakirəsi aparılır. Lakin bu mövzuda fikirlər fərqlidir. İlk baxışda humanist bir addım kimi görünsə də, əslində, heç də elə deyil.
Məsələnin alt qatlarında daha dəhşətli faciələr yatır
Düzdür, kimisə xilas etmək üçün kiminsə orqanını bağışlaması humanist hərəkətdir. Lakin burada çox mürəkkəb məsələlər var. Əvvəla, tədqiqatçıların rəyinə görə, tam ölüm zamanı heç bir orqan götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur- göz qişasından başqa. Əgər müvafiq qanun qəbul olunsa, bu halda həkimlər beyin ölümü diaqnozu qoyduqları xəstənin hələ tam ölməmişkən orqanlarını götürə bilərlər. Halbuki, adam hələ həyatdadır. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və orqan ticarətinin dövriyyəsi trilyonlarla ölçülür.
Çox zaman bunu donora "beyin ölümü" diaqnozu qoymaqla edirlər. Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil. Son illərdə "beyin ölümü" faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
Beyin ölümü belə insanın tam ölümü demək deyil. Bu halda sağ insanın orqanların götürülməsi xəstənin icazəsi olmadan, yəni, onu öldürərək alınma halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, hətta birini xilas etmək naminə belə digərini öldürmək cinayət faktıdır. Şəxs xəstəliklə bağlı şüurunu itirmiş haldadırsa, hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə, qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda şübhələr olmadıqda. Öldükdən sonra isə, dediyim kimi, heç bir orqanı istifadə eləmək olmur, yalnız göz qişasından başqa.
Orqan ticarəti müharibələrə və terrora rəvac verir
Bəzi ölkələrdə bu qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta, bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir- yüz minlərlə insanın, hətta uşaqların sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır.
Dünyanın ən dəhşətli terror təşkilatı İŞİD də bu işlə fəal məşğul olur və əsir aldığı şəxslərin orqanlarını Qərb ölkələridəki varlılara satır. Bəzən isə, müharibə bölgəsindəki yoxsul insanlar özləri könüllü olaraq orqanlarını terrorçu təşkilatlara və orada işləyən orqan mafiyalarına satırlar. Bu əməliyyatlardan ildə on milyonlarla pul qazanır.
Ümumən, Qərbin Yaxın Şərqdə törətdiyi terror və müharibələrdən sonra bu ölkələrdə orqanları sağ ikən çıxarılıb öldürülən insanların sayı yüz minlərlə ölçülür. Statistikaya görə, təkcə orqanları çıxarıldıqdan sonra cəsədləri dəfn olunmaq üçün yenidən Suriyaya göndərilənlərin sayı 60 mindən çoxdur.
Kasıb insanlardan varlı insanlara gedən orqanlar
Qəsdən müharibə törədilən Yaxın Şərq ölkələrindən orqanlarının çıxarılması məqsədilə canlı insan daşındığı ölkələrin içində ABŞ, İsrail və Qərbi Avropa ölkələri ilk yerlərdədir.
Bir az da geniş kontekstdə baxsaq, terror, müharibə törədilmiş kasıb Şərq ölkələrində sağlam insanların orqanları zorakı və kütləvi şəkildə götürülüb qərb ölkələrində istifadə olunur. Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial-psixoloji, mənəvi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir.
İtkin düşənlərin çoxunun orqan mafiyası tərəfindən qaçırıldığı haqda ciddi şübhələr var. Amerikada son 20 ildə çoxu uşaq olmaqla 400 min nəfərin itkin düşərək yoxa çıxması çox ciddi reaksiya doğurub. Azərbaycanda da itkin düşənlərin sayı minlərlə ölçülür. Bu şəxslərin necə birdəfəlik yoxa çıxması çox ciddi şübhələr yaradır. Hərdənbir DTX və DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş idarəsi tərəfindən orqan ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələr aşkar olunur və onlar haqda istintaq aparılır.
İnsan orqanları bazar malı kimi qiymət qoyulub satılır
Bu biznesin qlobal dövriyyəsi trilyonlarla ölçülür, qurbanları isə milyonlarla. Bəs niyə müasir insanların öz orqanları sıradan çıxır və donor orqana möhtac qalırlar? Həkimlərin fikrincə, bu artıq həyat tərzi ilə bağlı məsələdir.
Qeyri-təbii qidalanma, qeyri-sağlam həyat tərzi, zərərli vərdişlər insanların orqanlarını sıradan çıxarır. Bu səbəblərin aradan qaldırılması ilə məşğul olmaq lazımdır. Biz bunu araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq üçün çalışmalıyıq. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə, məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdiş və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan insan ödəyir. Burda ədalət hardadır?
Yalnız bir halda bunu etmək olar. Bir insan yalnız özü şəxsən və çoxsaylı şahidlərin iştirakı ilə öz orqanını kiməsə verə bilər, misal üçün, yaxın adamını, ya da hansısa bir şəxsi xilas etmək üçün heç bir pul tələb etmədən. Orqan bir şərtlə verilə bilər ki, o, bərpa olunan olsun, şəxsin ölümünə, əlilliyinə səbəb olmasın. Əks halda, bu proses orqan ticarətinin çiçəklənməsinə stimul yaradacaq ki, bu da həyatda ən ağır cinayətlərdən biridir.
Elçin Bayramlı
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri