Sosial

  • 4 127

Əlil ailəsinin sevinci

image

Masallının Banbaşı kəndində əlil ailəsi üçün ev tikilib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, ərazi nümayəndəliyi, bələdiyyə, kənd ictimaiyyəti və media nümayəndələrinin iştirakı ilə Banbaşı kəndində daxili imkanlar hesabına birinci qrup əlil ailəsi üçün inşa olunmuş yaşayış evinin istifadəyə verilməsi tədbirində iştirak edirdi.

Yaşayış binasının açılışında Araz Əhmədov geniş nitqində qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər bütün rayonlarda olduğu kimi Masallıda da geniş şəkildə həyata keçirilir. Təzə ev də həmin tədbirlərin bir nümunəsidir.

Çıxışına davam edən icra başçısı üzünü evin sahibi Adış Elbəyi oğlu Əlicanova tutaraq dedi ki, əziz insanlar, sizi bu gözəl binanın istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz buna layiqsiniz. Azərbaycan dövləti həmişə sizə öz qayğısını göstərmişdir, bu gün də göstərir. Baxmayaraq ki, bütün səylər Qarabağın yenidənqurulmasına yönəldilib. Bu gözəl evin tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bildiyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində belə gözəl evlər tikilir. Allah ölkəmizi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qorusun.

— Həyatın qəribəlikləri çoxdur. Tale elə gətirib ki, Adış kişinin ailəsində 9 nəfərdən ibarət ailə üzvlərindən 2 nəfərinin I qrup əlil, 2 nəfərinin isə SİMU olmasıdır. Şəraitsiz ev sahibinin uzun illər gəzmədiyi yer, döymədiyi qapı qalmamışdır ki, ona ev tikməyə kömək edilsin. Belə ki, yaşayış imkanları məhdud olan bu ailə bura qədər, yəni 3 ay bundan əvvələ qədər lüzumsuz evdə yaşamışdır. İndi gördüyünüz, gəzib baxdınız bu evdə 72 yaşlı Adış kişinin övladları, nəvələri yaşayacaqdır, deyə sözünə davam edən Araz Əhmədov bildirmişdir:

-Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Mən çox arzulayıram ki, siz bu gözəl evdə xoşbəxt yaşayasınız. Əməyi keçən xeyirxah insanlara təşəkkür edirəm.

Çay süfrəsi ətrafında danışan Adış kişi həyatında hansı zülmlərdən keçdiyini dilə gətirib, ən nəhayət müraciətinə Masallı RİH başçısı Araz Əhmədovun müsbət cavabını qeyd etdi: - Araz müəllim ailəmizə humanistlik göstərdi, yaxşılıq elədi. Sən demə dünyada yaxşı insanlar var imiş. Gözlərimə inana bilmirəm ki, bizimçün belə yaraşıqlı, müasir qaydada, içərisi, mətbəxi hər cür ləvazimatla təmin olunmuş evimiz var. Ölkə başçımıza, Birinci vitse - prezidentə minnətdarlıq edirəm ki, Sizin kimi rayon rəhbərimiz var...

ƏLİHÜSEYN ŞÜKÜROV,
"Yeni həyat" qəzetinin Baş redaktoru

Digər xəbərlər