PDF Oxu

Siyasət

  • 352

Masallı Zəfər qaçışı 2026 - FOTOLAR

Masallı Zəfər qaçışı 2026 - FOTOLAR

Masallıda keçirilən “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş 21 kilometrlik “Masallı Zəfər qaçışı 2026” yarımarafonunda tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək abidələri önünə tər güllər qoyublar.
Yarımarafonun start nöqtəsində iştirakçıları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq deyib:- Bu kimi kütləvi idman tədbirləri sağlam həyat tərzinin təşviqində, gənclərin idmana marağının artırılmasında və Zəfər ruhunun yaşadılmasında mühüm rol oynayır.

Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla və Azərbaycan Respublikasının Dövlət Himni oxunmaqla yarımarafona start verilib.
İştirakçılar Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydandan start götürərək Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçən marşrut üzrə hərəkət ediblər. 21 kilometrlik məsafəni qət edən idmançılar yarışı Masallı şəhərində yerləşən Heydər Əliyev Parkında başa vurublar.
Yarışın sonunda qaliblərə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kuboklar, Fəxri fərmanlar və pul mükafatları təqdim olunub. Marşrutu tam başa vuran digər iştirakçılar isə medal və sertifikatlara layiq görülüblər.
“Masallı Zəfər qaçışı 2026” yarımarafonu Zəfər Gününün mənəvi dəyərlərinin təbliği, Vətən yolunda canını fəda edən qəhrəmanların əziz xatirəsinin yaşadılması, eləcə də rayonda idmanın və sağlam həyat tərzinin təşviqi baxımından əlamətdar idman tədbiri kimi yaddaşlara yazılıb.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər