Sosial

  • 4 071

“Yaşıl dünya – sağlam həyat” adlı tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya – sağlam həyat” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədr Səfa Ağayev, İmişli rayonu üzrə Təhsil Sektorunun müdiri Kərim Kərimov, partiya fəalları, müəllimlər və şagirdlər iştirak edib.İmişli şəhər 7 saylı tam orta məktəbin həyətində keçirilən tədbirdə ilk olaraq rayon ərazisində yerləşən məktəb şagirdlərinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dair çəkdikləri rəsm əsərləri nümayiş olunub.
Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. Ötən il Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.
Çıxış edən İmişli rayonu üzrə Təhsil Sektorunun müdiri Kərim Kərimov dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açıb.Tədbirin sonunda ağacəkmə aksiyası keçirilib.

Digər xəbərlər