PDF Oxu

Sosial

  • 907

Ahıllar böyük həyat təcrübəsinə malikdirlər - FOTO

image

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 Oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirilib. Şəhərdə yerləşən “Deniz Palace" da baş tutan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beynəlxalq Ahıllar Gününün yaranma tarixi, məqsədi və əhəmiyyətindən danışan Lənkəran ŞİH başçısı deyib:- Bu günün təsis edilməsində əsas məqsəd yaşlı insanların hüquqlarına və rifahına diqqətin artırılması, onların cəmiyyətdəki rolunun, həyat təcrübəsinin qiymətləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin olunmasdır. Beynəlxalq Ahıllar Günü, həmçinin nəsillər arasında əlaqələrin və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir. Çünki ahıl insanlar yalnız qayğıya ehtiyacı olan şəxslər deyil, həm də böyük həyat təcrübəsinə, zəngin dünyagörüşünə və mühüm mənəvi dəyərlərə malik olan şəxsiyyətlərdir.
Natiq daha sonra bildirib ki, Azərbaycanda bu gün Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu, görkəmli şəxsiyyət yaşlı insanlara, əmək və müharibə veteranlarına daim diqqət və qayğı göstərib, onların sosial müdafiəsinin təmin edilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Hazırda da həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir, ahıl insanlara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
“Ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi, pensiyaların və sosial ödənişlərin artırılması, ahıl insanların sosial xidmətlərlə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ahıl insanlara diqqət və qayğının artırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti danılmazdır, onun təşəbbüsü ilə yaşlı insanların fəal həyat tərzinin dəstəklənməsi, sosial rifahının yaxşılaşdırılması və cəmiyyət həyatında iştirakının artırılması istiqamətində mühüm layihələr icra olunur”,- deyə icra başçı çıxışına əlavə edib.
Digər natiqlər- Milli Qəhrəman atası Ələkbər Əliyev, Lənkəran Rayon Ağsaqqallar Şurasının üzvü, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın və Lənkəran Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Əlimərdan Əliyev, həkim Savad Abdullayeva və ağsaqqal Musarıza Musayev çıxışlarında bildiriblər ki, bu gün ölkəmizdə tənha və sosial xidmətə ehtiyacı olan ahıl şəxslərə müxtəlif xidmətlər göstərilir, onların sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü tədbirlər görülür.
Eləcə yaşlı nəslin zəngin təcrübəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulayan çıxışçılar ahıllara göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Rəsmi hissədən sonra Dağıstan Respublikasının Əməkdar artisti Əliyar Hüseynovun, "Babalar" folklor kollektivinin və yerli sənətçilərin ifasında maraqlı musiqi nömrələri təqdim olunub.
Görüşün sonunda icra başçısı ahıl şəxslərlə səmimi söhbət edib, xatirə şəkli çəkdirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər

Yadplanetlilər həqiqətən qədim əcdadlarımızı ziyarət ediblərmi?

Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...

Alimlər insan üzünün gücünü izah ediblər

Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...

Putinin dövründə Rusiya məktəblərinin yarısını itirib..?

Qalanları isə “itaət fabriklərinə” çevrilir...

İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...

Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...

Dörd arvad, 40 uşaq və təxminən 100 nəvə...

...bir misirli böyük bir ailəni necə idarə edir

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...