Ramazan ayı çərçivəsində Nəsimi rayonunda YAP Nəsimi rayon təşkilatı tərəfindən Birinci Qarabağ müharibəsi Şəhid ailələri və aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə görüş keçirilib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək, qarşıdan gələn Ramazan bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və cəmiyyətin həssas təbəqələrindən olan bu qrupların daim diqqətdə saxlanıldığını bildirib.
Tədbirdə həmçinin “Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib.
Müqəddəs Ramazan bayramı ərəfəsində daha 100-dən çox aztəminatlı ailəyə ərzaq bağlamaları verilib.
Ərzaq bağlaması verilmiş aztəminatlı ailələrin nümayəndələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...
Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...
Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...