PDF Oxu

Sosial

  • 1 214

“Əbədiyyət salnaməsi: kitablarda yaşayan ömürlər” - FOTO

image

“27 Sentyabr – Anım Günü” münasibətilə keçirilən bu başlıqlı kitab sərgisi dağlar diyarı Lerik rayon Mərkəzi Kitabxanasının həyətyanı sahəsində baş tutub, burada 44 günlük haqq savaşımızda qanı, canı bahasına tarix yazıb müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladların şərəfli ömür yoluna və mübarizəsinə həsr olunmuş dəyərli kitablar nümayiş etdirilib.

Tədbirə qatılan Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşları, rayon sakinləri, ziyalılar, məktəblilər sərgidə göstərilən kitablarla tanış olub, şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıblar.
Məlumat üçün bildirək ki, sərginin yüksək səviyyədə təşkilində əsas məqsəd Azərbaycanın, eləcə dünyanın hər tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərən, yeni, şanlı tariximizdə ad qoyan şəhidlərin qəhrəmanlıq yoluna işıq salmaq, onların əziz xatirəsini ehtiramla yad etmək, göstərdikləri şücaətləri kitablar vasitəsilə geniş oxucu kütləsinə çatdırmaq və böyüyən gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər