PDF Oxu

Sosial

  • 767

Əhalinin problemlərinin həllinə diqqət - FOTO

image

Növbəti dəfə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rvarud, Çayrud, Andurma, Piyəkücə, Anzolu, Təngəbin və Monidigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Pendi, Monidigah, Həzovi, Nisli və Jindi kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, əhalini narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir. Həmçinin dövlət-vətəndaş dialoqunun genişləndirilməsi və qarşılıqlı inamın daha da möhkəmləndirilməsi baxımından yerlərdə təşkil olunan səyyar görüşlər böyük əhəmiyyət daşıyır.
Rayon rəhbəri daha sonra çıxışında dövlət səviyyəsində həyata keçirilən strateji islahatlara toxunub, ölkəmizdə kənd təsərrüfatının inkişafı barədə qəbul olunan Dövlət Proqramını açıqlayıb, kənd zəhmətkeşlərinin rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Kənd sakinləri açıq şəkildə onları narahat edən problemlərdən söz açıblar və qaldırılan fərdi və ümumi xarakterli müraciətlər qeydiyyata alınıb. İcra hakimiyyətinin başçısı qaldırılan problemlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər