2020-2025-ci illəri əhatə edən "Məşğulluğa Dəstək Layihəsi"nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsində dəstək məqsədi daşıyır.
SİA xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına çıxışına imkan yaradır.
Artıq 20 min şəxs "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...
Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...
...bir misirli böyük bir ailəni necə idarə edir