Hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Sinoptiklərin məlumatına görə yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova əhalini verilən hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb.
“Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür.
İ.İbrahimova vurğulayıb ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmayaq.
“Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq, diqqətli və tədbirli davranaq. Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək”.
...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...
Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...
Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...