PDF Oxu

Sosial

  • 1 651

İkiqat “obrazovannı”lar

image

"Molla Nəsrəddin" jurnalının nəşr olunması gününə...

Yaxınlarımdan birinin evində qonaq idim. Divanda uzanan oğlan anasına:

-Ay ana, o pəncərəni aç, çox istidir.

Ana pəncərəni açdı. Bir xeyli vaxtdan sonra oğlan yenidən:

-Ay ana, sən niyə pəncərəni açmısan?

-Ay oğul, bəs sən dedin də.

-Mən o xırdanı dedim ki, bir az hava gəlsin.

Ana:- Ay, düz deyirsən, skvazniyak eləyir, indicə kamarı da dolduracaq içəriyə, tamam, “qoy pəncərəni örtüm, fortuçkanı açım”,- deyə pəncərəyə yaxınlaşdı.

Oğlan yenidən səsləndi:

-Ana, ayaqdasan, sən Allah, şarjım bitir, al bu telefonu, adapter otağımdadır, tax toka, bacıya mesaj yazacağam.

Ana telefonu alıb, otağa keçdi və oradan deyindiyini eşitdim:

-Yüz dəfə dedim ki, ay kişi, bir montyor gətir, bu evin tokuna baxdır, hara taxım bu telefonu axı zaryadka yığsın, razetkaların heç biri işləmir.

Ana ilə balanın bu yarı rus, yarı türk dialoqu məni yamanca təbimdən çıxardı. Birinci hirsimi oğlana tökdüm, dedim bizim vaxtımızda valideynin yanında nəinki uzanmaq, hətta onu işə buyurmaq böyük qəbahət sayılardı.

Sonra da üzümü hər ikisinə tutub, “siz bilirsiniz ki, səhərdən bəri danışdığınız on sözün səkkizi rus, türk sözləridir”,- dedim. Hirslə anadan soruşdum:

-Fortuçka nə deməkdir?

-Fortuçka elə fortuçkadır da, balaca pəncərə, sənin də işin qurtarıb ey, bizə sorğu-sual edirsən.

Oğlana üz tutdum:

-Şarj nədir, adapter nədir?

Cavab verdi ki, adapter telefona şarj yığır.

Bu sorğu-sualımı görən ana mənə nə desə yaxşıdır?

-Sənin də sosyeteliyin tutmasın, gəl, çay içək.

Onlara son sözüm belə oldu: sizi gördüm, bir əsr əvvəl “Molla Nəsrəddin” jurnalında dərc olunan “Bizim “obrazovannı”lar” felyetonunu xatırladım. Hələ felyetonu da onlara nağıl etdim. Axırda da dedim ki, siz lap elə ikiqat obrazovannısınız ki…

Mətanət Məmmədova

Digər xəbərlər

Beyn qocalmasının ən güclü katalizatoru müəyyən edilib...

Etanol neyrotoksin kimi təsir göstərir və zamanla sinir hüceyrələrini məhv edir. Lakin insanlar beyninin necə qocaldığını hiss etmirlər...

40 yaşdan sonra içki içmək niyə çətinləşir..?

Asılılıq üzrə mütəxəssis bədənin yaşla alkoqolla daha az mübarizə aparmasının səbəbini izah edir...

Həkimlər 100 ilə qədər yaşamaq üçün prinsiplər müəyyən ediblər...

Onlar hətta bir əsrdə belə canlılığı və sağlamlığı qorumağa kömək edən vərdişlərin siyahısını tərtib ediblər...

Bağırsaqlar üçün ikiqat zərbə: gecə yeməyi sağlamlığınıza necə zərər verir...

Gecə yarısı qəlyanaltı etmək streslə birləşdikdə daha da təhlükəli olur...