Cəlilabad rayonunun Göytəpə şəhərində sahibkar tərəfindən asfaltlanma işləri görülür. İnsanların rahatlığı üçün həyata keçirilən işlərin keyfiyyətinə xüsusi fikir verilir.
Sahibkarın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində indiyə kimi şəhərin Həsən-abad küçəsinin 550 metr və Cəlaləddin Rumi küçəsinin 300 metr hissəsində yol örtüyünün yenilənməsi işləri aparılıb. Hazırda yararsız hala düşən yollarda asfaltlaşma davam edir.
Rayon rəhbəri Rafiq Cəlilov işin gedişi ilə yaxından tanış olub, asfaltlanma prosesinin sakinlərin rahatlığı və şəhərin infrastrukturunun yaxşılaşdırılması baxımından vacibliyini vurğulayıb, işlərin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü