PDF Oxu

Sosial

  • 809

“Xaosdan Zəkaya” və “Qələbəyə aparan yol” - FOTOLAR

image

Hüseyn Əlixanovun qələmə aldığı kitablar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən həyat və fəaliyyət salnaməsindən bəhs edir

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Hüseyn Əlixanovun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinə həsr olunmuş 248 səhifəlik “Xaosdan Zəkaya” və 240 səhifəlik “Qələbəyə aparan yol” adlı 2 kitabı çox nəfis tərtibatda nəşr olunmuşdur. 21 iyul tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” , “Türk Dünyası Turan Düşüncə Mərkəzi”, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birlikləri “Əlil Dünyası” qəzetini təşkilatçılığı ilə “Azərbaycanda Atatürk Mərkəzi”ndə həmin kitabların geniş ictimaiyyətə təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Respublikamızın ziyalıları, dövlət orqanlarının nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.

2019-cu ildə “Xaosdan Zəkaya”, 2023-cü ildə “Qələbəyə aparan yol” kitablarının nəşr olunması Azərbaycanımızın mühüm bir hissəsini əhatə edərək, yaxın keçmişimizin unudulmayan səhifələrini oxucuya təqdim edir. Kitablarda toplanmış faktlar, sənədlər tarixi hadisələrin daha dolğun qavramasına imkan yaradır. Bu kitablar yalnız tarixi faktların toplusu deyil, həmin hadisələrin bilavasitə iştirakçısı olan məsul vəzifəli şəxsin gördüklərini, yaşadıqlarının qələmə alınmasıdır.

Hüseyn Əlixanov Prokurorluq orqanlarında xidmət etdiyi uzun illər ərzində ictimai-siyasi vəziyyətdən, müxtəlif hadisələr üzrə aparılan istintaqın müəyyən etdiyi nəticələrdən, o cümlədən müxtəlif dövrlərdə dövlət idarəçiliyində ayrı-ayrı təzadlı hadisələrdən, ən əsası isə Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı mənalı, Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən həyat və fəaliyyət salnaməsindən bəhs edir.

Qismət İsmayılov

Digər xəbərlər