Xeyirxahlığı, yaxşı əməlləri ilə böyük hörmət və nüfuz sahibi olan Ağamoğlan Əbülfəz oğlu Nəbiyev ömrünün 90 ilini yola saldı. Lerik camaatı bu müdrik ağsaqqalı özünə doğma və əziz bilir. Onun işığına can atanlar həmişə düzgün yola düşüb, özlərinə rahat gün-güzəran qurublar. El ağsaqqalın daha bir müsbət keyfiyyəti odur ki, həyatı boyu ən çətin anlarda haraya çatmağı özünə mənəvi borc bilib.
Ağamoğlan Nəbiyev uzun illər müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışıb, həmçinin uzun müddət məktəb direktoru kimi fəaliyyət göstərib. Vətənini, xalqını ürəkdən sevib. Məqsədi eldə nəciblik, halallıq, doğma yurduna ülvi məhəbbət olub. Xalqın adət və ənənələrinə böyük ehtiramla yanaşıb, illər boyu gördükləri doğma Azərbaycanın tərəqqisinə gözəl töhfələr verib, layiqli övlad kimi Vətənə, xalqa , dövlətinə sədaqətlə xidmət edib. Peşəsinə bağlı məktəb direktoru olaraq rayonda təhsilin inkişafı naminə bütün istedadını, var qüvvəsini sərf edib. İndinin özündə də müdrik ağsaqqalın əməlləri işıq olub leriklilərin həyatına nur paylayır.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında partiyanın veteran üzvünün
anadan olmasının 90 illik yubileyi münasibətilə görüş keçirildi.
Tədbirdə çıxışlar zamanı Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Lerik rayon filialının sədri Veysəl Məlikov və YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov Ağamoğlan müəllimi səmimi sözlərlə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzuladılar.
Ağsaqqal partiya veteranı isə ona göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda yubilyara Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Alimlər 2015-ci ildən bəri qlobal istiləşmənin kəskin sürətlənməsini aşkar ediblər...
Texnologiya bizə yuxunu, ürək döyüntüsünü, stress səviyyələrini və daha çoxunu izləməyə imkan verir. Bəs bu, gəncliyi uzatmağa necə kömək edə bilər?