PDF Oxu

Sosial

  • 838

Antitterror şəhidi yad edilib - FOTO

image

Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı Vətən, torpaq naminə canını fəda edib şəhidlik zirvəsinə ucalan Yusif Məmmədrza oğlu Xəlilov anım günüdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.
Tədbir iştirakçıları Lənkəran elinin qəhrəman oğlu şəhid Yusif Xəlilovun uyduğu müqəddəs məzarına baş çəkib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı İcra başçısı şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və ehtiyaclarını öyrənib, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidin yaxınları da öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər