Əli Həsənov: “Dövlət qayğısı milli mətbuatın inkişafına öz töhfəsini verir”
Dekabrın 21-də Yevlaxda "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar, müasir tendensiyalar" mövzusunda konfransda iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib: "Biz hesab edirik ki, Azərbaycanda yürüdülən bugünkü siyasət və 1998-ci ildən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə media sahəsində yaradılmış şərait, mətbuat üzərindən rəsmi tənzimləmə mexanizmlərinin götürülməsi, senzuranın ləğv olunması və dövlətimizin başçısı İlham Əliyevin kütləvi informasiya vasitələrinə diqqət və qayğısı bütövlükdə həm milli mətbuatın, o cümlədən regional mətbuatın inkişafına öz töhfələrini verir. Bu gün Azərbaycan mətbuatı inkişafının yeni mərhələsini yaşayır. Bundan sonra da milli mətbuatımız Azərbaycan cəmiyyətinin, demokratik dövlət quruculuğu proseslərinin ayrılmaz hissəsi olacaq, bu ictimai institut ölkəmizin həyatında baş verən yenilikləri olduğu kimi işıqlandıracaqdır".