PDF Oxu

Sosial

  • 13

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu "Virtual Məkanda Uşaqların Mühafizə"sidir. Uşaqlar və gənclər internet və mobil cihazların ən aktiv istifadəçiləridir. Məlumat və əyləncə əldə etmək, həmçinin, sosial şəbəkəyə qoşularaq əlaqələr yaratmaq üçün internet məkanına baş vurduqlarına görə onlar istismara ən çox məruz qalan təbəqədəndirlər.
Uşaqlar və gənclər müdafiə olunmasalar, onların dəyərli həyatı asan hədəflər axtaran virtual cinayətkarlar və pedafillərlə dolu olan qüsurlu dünyada təhlükə altındadır. Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyindən "Səs"-ə verilən məlumata əsasən, BMT-nin Baş katibi Pan Gi Mun 17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciət qəbul edib.
Müraciətdə deyilir ki, BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasında təhsil almaq və məlumat əldə etmək hüququ, eyni zamanda, oyunlarda və əyləncəli istirahət fəaliyyətlərdə iştirak etmək hüququ əks etdirilir. Konvensiyada, həmçinin, uşaqların istismarın bütün növlərindən və qeyri-qanuni fəaliyyətlərə cəlb olunmaqdan müdafiəsi də öz əksini tapıb. Uşaqların internet və digər onlayn mənbələrdən təhlükəsiz şəkildə, həm də vicdansız yırtıcıların hədəfinə çevrilmək qorxusu yaşamadan istifadə edə bilməsi üçün konvensiyanın maddələrinin ciddi surətdə yerinə yetirilməsini təmin etmək bizim borcumuzdur.
Virtual dünyanın uşaqlarını məlumatla təmin etmək və onların böyüyüb yaradıcı şəxsiyyətlərə çevrilməyinə kömək etmək üçün gözəl imkanları var. Lakin biz onlara həyatlarını alt-üst edə biləcək və iz burxacaq tələlər haqqında xəbərdarlıq etməliyik. Mən qanun tərtib edənləri və sənaye liderlərini sürətlə inkişaf edən virtual dünyanın hər kəs üçün təhlükəsiz etmək yollarını tapmağa çağırıram.
Qeyd edək ki, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 1865-ci il 17 may tarixində Beynəlxalq Telekommunikasiya Birliyinin təsis edilməsi gününə təsadüf edir və bu gün bu birliyin dünyanı birləşdirməkdə rolu vurğulanır. Son 20 il ərzində internet sonsuz bilik və əyləncə aləmini özündə əhatə edən misli görünməmiş qlobal resurs mənbəyinə çevrilib. Hazırda Asiyada 600 milyondan artıq, Latın Amerikası və Karib dənizi hövzəsində 130 milyondan artıq və Afrikada 50 milyondan artıq istifadəçiləri olan internet daim genişlənməkdə olan kommunikasiya vasitəsidir. İnternet dünya ölkələrinin iqtisadiyyatlarına təkan verərək, alış-veriş və ticarəti gücləndirərək, habelə, daha səmərəli səhiyyə xidmətləri, ərzaq istehsalı və təhsili irəli çəkərək getdikcə daha çox qarşılıqlı əlaqələnən və şəbəkələşən cəmiyyətlərin nüvəsini təşkil edir. Bütün bu nailiyyətləri nəzərə alaraq zəruri internet sistemlərinin və infrastrukturunun virtual cinayətkarlıq hücumlarından müdafiəsi vacib əhəmiyyət daşıyır.

Digər xəbərlər