Sosial

  • 15 000

ASAN Könüllülər 200-dən çox dializ xəstəsini tibb müəssisələrinə çatdırıblar ÖZƏL - AÇIQLAMA

image

"Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı TƏBİB-in publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin "ASAN Xidmət"in 108 "Çağrı" Mərkəzi vasitəsi ilə və ASAN Könüllülərinin iştirakı ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib". Bu sözləri SİA-ya özəl açıqlamasında ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Səbinə Cabbarova deyib.O bildirib ki, bu gün dünyanı bürüyən koronavirus infeksiyası təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi və bu istiqamətdə virusun ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən çox zəruri addımlar atıldı: "Ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində könüllülər də hərəkətə keçib. Xüsusilə qeyd etmək istərdim ki, ASAN könüllüləri respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan, dövlət başçısının çağırışına cavab verən ilk təşkilatlardan olmuşlar. Bu istiqamətdə könüllülərimiz 3 aydan çoxdur ki, bütün səylərini birləşdirərək önəmli işlərə imza atırlar. İlk fəaliyyətimiz Heydər Əliyev Beynəlxalq Hava Limanından başlamışdır. Artıq 3 aydır ki, könüllülərimiz Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında gecə-gündüz çalışaraq həkimlərimizlə çiyin-çiyinə vətəndaşlarımıza xidmət göstərirlər. Xaricdən gələn vətəndaşların qarşılanması, vətəndaş axının tənzimlənməsi, sərnişinlərin koronavirusla bağlı məlumatlandırılması, onların karantin bölgələrinə yola salınması ASAN könüllüləri tərəfindən təmin olunur.Eyni zamanda "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində yaşı 65-dən yuxarı olan, tənha yaşayan insanlara dəstək məqsədilə elan olunmuş qaynar xətt vasitəsilə müraciətlər qəbul etdik, müraciət edən kimsəsizlərin evlərinə getdik, onların ehtiyacları araşdırdıq və "www.asanmektub.az" saytına məktublar qismində yerləşdirdik. Bu günə qədər qeydə alınmış müraciətlərdən 1044-ü ( Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Mingəçevir, Qəbələ, Quba, Masallı, İmişli, Şəki, Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Zərdab) artıq təmin edilib və aidiyyəti üzrə təhvil verilib.Həmçinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), ASAN Könüllüləri Təşkilatının birgə əməkdaşlığı və Avropa İttifaqının maliyyə yardımı ilə "Pandemiya dövründə həssas ailələrə dəstək" kampaniyasını icra etdik. Kampaniya çərçivəsində ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında Bakı şəhəri və regionlarda yaşayan və valideyn himayəsindən məhrum olmuş uşaqların, həmçinin əlilliyi olan gənclərin ailələrinə 2.000-dən çox qida yardımı, o cümlədən COVID-19 pandemiyasından qorunmaq üçün maarifləndirici materiallar təqdim olunub".ASAN Könüllüləri Gənclər Təşkilatının sədri əlavə edib ki, təşkilat tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər aparılır və bu sahədə müxtəlif videoçarxlar hazırlanaraq sosial şəbəkələr vasitəsilə onları yayınlanır: "ASAN könüllülərinin öz təəssüratlarını bölüşməsi və digər gəncləri də ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştiraka səsləmək məqsədilə sosial şəbəkələr üzərindən #FədakarKönüllülərimiz rubrikasına start verilib. Eyni zamanda ASAN könüllüləri Ümumdünya Səhiyyə Təşkilatının "Təmiz Əllər" kampaniyasına qoşulan ilk təşkilat olaraq estafeti digər könüllü təşkilatlara ötürmüşlər. Hal-hazırda "ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola Azərbaycan" şirkəti ilə əməkdaşlıq davam etdirilir və humanitar yardım kampaniyası çərçivəsində xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min ədəd "Bonaqua" suları ASAN könüllüləri tərəfindən çatdırılıb. Bundan əlavə 4000 ədəd qida ehtiyacı olan ailəyə ərzaq yardımı, 4000 ədəd zəruri tibbi dezinfikasiyaedici vasitələrə ehtiyacı olan əhalinin (xüsusilə regionlarda yaşayan şəxslərə) və 1.000 ədəd COVID-19 xəstələri ilə işləyən və karantin xəstəxanalarında çalışan həkimlərə dezinfeksiyaedici tibbi ləvazimatlar ilə təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda "ASAN Könüllüləri" Təşkilatının Mədəniyyət Carçısı proqramı "Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər" mövzusunda ASAN Qlobal Veb Forumunun sessiyalar arası fasilə müddətində musiqi və rəqs nömrələri nümayiş etdiriblər.Həmçinin məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı TƏBİB-in publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin "ASAN Xidmət"in 108 "Çağrı" Mərkəzi vasitəsi ilə və ASAN Könüllülərinin iştirakı ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib. Bu ilin Prezident İlham Əliyev tərəfindən "Könüllülər ili" elan olunması gəncləri, ən əsas da könüllüləri çox sevindirdi. Lakin dünyanı cənginə alan koronavirus bəlasının ölkəmizdə də aşkarlanması hər kəsi məyus etdi. Buna baxmayaraq, hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində könüllülərin fəal iştirak etməsi, öz missiyalarını layiqincə yerinə yetirirmələri onu göstərir ki, onlar həqiqətəndə bu ili tam könüldən yaşadılar".

sia.az

Digər xəbərlər