Paytaxtda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri davam edir. Tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlər aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla nəqliyyatda, ticarət obyektlərində və qapalı yerlərdə qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir.
Bundan əlavə, ictimai nəqliyyatda, ticarət və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.
Aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxslərinə və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.
Qeyd edək ki, paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...
Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...
...bir misirli böyük bir ailəni necə idarə edir