PDF Oxu

Sosial

  • 2 102

Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib -ANIM

Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilib -ANIM

Ağdaş rayonunun Xosrov kəndində Vətən müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun ildönümü mərasimi keçirilib. "Səs" qəzetinin verdiyi məlumata görə, mərasimdə Yeni Azərbayan Partiyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, valideyinlərinə başsağlığı verilib. Vəliyev Sadiq Ayaz oğlu 21 fevral 2001-ci il Ağdaş rayonunun Xosrov kəndində anadan olub.

Sadiq Vəliyev Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, oktyabrın 5-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər