Sosial

  • 1 541

Psixologiyada özünə inamı necə əldə etmək olar?

image

Özünə güvənməyən bir insanın ən çox qarşılaşdığı vəziyyət, beynində olan "bacarmazsan" düşüncəsidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, insan hər zaman bir şey etmək üçün addım atsa da, bu daxili səs həmişə maneədir və atılan addımın geri çəkilməsinə səbəb olur. Özünə inamı qazanmaq həyatı daha müsbət istiqamətdə hərəkət etdirəcək və insanı həyatdan daha çox zövq almağa yönəldəcək.

Özünə inamı aşağı olan bir insan sonradan bu statusu qazana bilər. Özünə inamı artırmağın bir çox yolu var. Özünə inamı artıran amilləri aşağıdakı kimi sıralamaq olar:

1. Realist olmaq özünə inamı qazanmağın ən əhəmiyyətli və təsirli yollarından biri olaraq bilinir. İnsan əlindən gələni etməlidir, özünü başqası ilə müqayisə etmək əvəzinə etdiyi hadisələrə diqqət yetirməlidir. Əlavə olaraq, gündən-günə özünə inamın artması ilə birlikdə yuxu rejiminə, qəbul edilən yeməklərə və ictimai həyata diqqət yetirmək də dəyişəcək.

2. Nailiyyət və bacarıq üzərində dayanmaq, irəliləməyin və özünə inamı qazanmağın təsirli yolları olaraq bilinir. Risk almaq özünə inamı artırmağa kömək edir.

3. Xarici amillər əvəzinə insan özünə qayğı göstərməli, daxili aləminə qayıtmalı və düşündüklərinə fikir verməlidir. Daxili vəziyyətlərin müəyyən edilməsi və bir neçə motivasiyaedici vəziyyət özünə inam yaratmağa kömək edəcək.

4. Həyatda fəal rol oynamaq lazımdır. Cəsarətli olmaq, risk etmək və bu vəziyyətlərə can atmaq nəticəsində müvəffəqiyyət görmək özünə inam qazanmaq üçün faydalıdır. İnsan nizamlı olduğu və idarə etmə gücünə sahib olduğu məsələlərdə hərəkətə keçməlidir.

Rüqəyya Orucova

Digər xəbərlər