Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı "icaze.e-gov.az" portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.
Patentin dəyəri təşkilatlarda və fərdi sahibkarlarda çalışan əcnəbilər üçün ayda 11.000 rubla, fiziki şəxslər üçün isə...
Bəzi insanlar yatarkən, digərləri oyaq qalmaq məcburiyyətində qalırlar. Ancaq belə bir cədvəl fəlakətli ola bilər...