Sosial

  • 2 520

Ölkəmizdə koronavirusla mübarizə davam edir ŞƏRH

image

Dünya ölkələrində koronavirus - COVID-19 pandemiyası ilə mübarizə davam etməkdədir. İnkişaf etmiş bir dünyada yaşamağımıza baxmayaraq, hələ də pandemiyanın qarşısının alınmasına nail olunmayıb. Bu gün də pandemiyanın vurduğu zərbədən dünya əziyyət çəkir. Artıq iki ilə yaxındır ki, dünya ölkələrində bu xəstəlik baş qaldırıb və insanlar bunun qurbanına çevrilir. 2019-cu ilin sonunda baş qaldıran xəstəlik bu gün də davam edir. Xatırladaq ki, qısa bir zamanda dövlətlərarası sərhədlərin bağlanması ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmədi. Bu gün bütün dünya ölkələri ilə yanaşı, dövlətimiz də pandemiya ilə üz-üzə qalıb. Azərbaycan da iki ilə yaxındır ki, bu virusla mübarizəni davam etdirir. İlk gündən başlayaraq, ölkəmizdə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət nəticəsi təsdiqləndi. COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Bir müddət sonra məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verildi.Virusun geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu.Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxananların tikilməsi, "Yeni Klinika"nın açılması və s. əhalinin sağlamlığının qorunmasına yönəlmişdir. Beləliklə, Azərbaycan bu infeksiyanın yayılmaması və qarşısının alınması məqsədi ilə davamlı tədbirlər keçirdi. Davamlı olaraq reallaşan tədbirlər dünya ölkələri ilə müqayisədə öz müsbət nəticəsini vermiş oldu. Görülmüş bu və ya digər tədbirlər vəziyyətdən az itkilərlə çıxmaq məqsədi daşıyır. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırması da görülən işlərə verilən qiymət idi. COVID-19 ilə bağlı dünya statistikasına baxdıqda ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorunub. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Hər bir vətəndaş məsuliyyətsizliyi, biganəlik, sanitar qaydalara əməl etməmək yoluxma sayının yenidən artmasına səbəb olur. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir. Bu gün dövlətimiz milli səviyyədə, COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verir. Ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən ölkələrə yardımlar göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi: "Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir".Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Bu gün ölkəmizdə əhaliyə vurulan vaksinlərin ümumi sayı 9 milyonu ötüb. Bu ölkəmizdə vaksinasiyanın uğurla reallaşdığının göstəricisidir.Bu gün yoluxma sayının dörd rəqəmli olması artıq həyəcan təbili çalır. Hər bir vətəndaş məsuliyyətsizliyi, biganəlik, sanitar qaydalara əməl etməmə yoluxma sayının yenidən artmasına səbəb olur. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər