Cəmiyyət

  • 1 394

Hərbi Qənimətlər Parkına ekskursiyalar təşkil edilir

image

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edilir. SİA xəbər verir ki, ekskursiyaların təşkil olunmasında əsas məqsəd 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir.Hərbi Qənimətlər Parkına ekskursiya zamanı şagirdlərə Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir.Həmçinin müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da məktəblilərin diqqətinə çatdırılır.Məktəblilər ekskursiya çərçivəsində Vətən Müharibəsi zamanı qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa edirlər.Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadır.

sia.az

Digər xəbərlər