Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
SİA xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kosovolu Akil Qyakova ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb. Bununla da Azərbaycan Paris olimpiadasında ilk medalı təmin edib.
H.Heydərov qızıl medal uğrunda qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.
Mütəmadi olaraq transvaginal ultrasəs müayinələri və CA-125 şiş markerinin təyin edilməsi üçün qan analizləri tövsiyə olunur...
Bu doza üç-beş fincan qara qəhvəyə bərabərdir...