PDF Oxu

Cəmiyyət

  • 2 046

Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq

image

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

"Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Qarın ağrısından şikayət edən kişiyə beyin şişi diaqnozu qoyulub...

Qeyri-adi simptomlar həkimləri uzun müddət çaşdırmışdı...

Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə körpə dünyaya gəlib...

Yerli hakimiyyət orqanları tədbiri şəhər üçün “xüsusi hədiyyə” adlandırıblar...

Alimlər təsadüfən qurğuşunu qızıla çevirdilər...

Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər

Şəkəri olanlar hansı dənli bitkiləri yeməlidir?

Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib