"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyinin (ADTGT) 7 nəfərlik gənclər qrupu xarici tərəfdaş olaraq Polşada keçirilən "Sözlər körpüsü – Ünsiyyətdə birlikdə" adlı beynəlxalq layihədə iştirak etmişdir.8 gün ərzində Polşanın Gołkowice Górne şəhərində bu ölkənin SKILL Assosiasiyasının təşkilatçılığı ilə Erasmus+ Gənclər Mübadiləsi proqramı çərçivəsində təşkil olunan beynəlxalq tədbirdə Azərbaycan, Ukrayna, Rumıniya, Yunanıstan, Bolqarıstan, Gürcüstan və Polşadan olan gənclər iştirak ediblər.Layihə çərçivəsində iştirakçılar mədəniyyətlərarası ünsiyyət, ünsiyyət maneələri, stereotiplər, aktiv dinləmə, beynəlxalq komandada əməkdaşlıq və müxtəlif baxışların anlaşılması mövzularında təlim və praktiki məşğələlərdə iştirak ediblər.Proqram çərçivəsində gənclər yalnız təlim və seminarlarla məhdudlaşmayıb, müxtəlif mədəniyyətləri tanımaq, təcrübələri bölüşmək və beynəlxalq dostluq əlaqələri qurmaq imkanı əldə ediblər.Layihə iştirakçıları ünsiyyət bacarıqlarının inkişafına, qarşılıqlı anlaşmanın və komanda ruhunun gücləndirilməsinə mühüm töhfə verərək, əldə olunan bilik və təcrübələrin öz gələcək şəxsi və peşəkar inkişafında faydalı olacağı vurğulayıblar.