PDF Oxu

Cəmiyyət

  • 1 042

Yeni qan testi 50-dən çox xərçəng növünü aşkar edə bilər

image

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) əməkdaşları 50-dən çox xərçəng növünü aşkar etmək üçün hazırlanmış Galleri qan testi ilə bağlı ilkin qiymətləndirmədə testin dəqiqliyi və təhlükəsizliyi üzrə ciddi narahatlıq müəyyən etməyiblər. Məsələ FDA-nın müstəqil ekspertlər komitəsinin iclasında müzakirəyə çıxarılıb.

GRAIL şirkətinin hazırladığı test bir qan nümunəsindən şişlər tərəfindən qana buraxılan molekulyar siqnalları analiz edərək xərçəng əlamətlərini müəyyənləşdirməyə çalışır. Müsbət nəticə zamanı test xərçəng siqnalının ehtimal olunan mənşəyini də göstərir.

Bununla belə, FDA əməkdaşları testin “erkən aşkarlama” kimi təqdim edilməsini də müzakirəyə çıxarıblar. Reuters-in məlumatına görə, şirkətin əvvəlki Böyük Britaniya sınağında müntəzəm skrininqin erkən aşkarlanmanı və gec mərhələdə diaqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilməmişdi.

Test mövcud xərçəng skrininqlərini, məsələn, mammoqrafiya və kolonoskopiyanı əvəz etmək üçün deyil, onlara əlavə vasitə kimi nəzərdə tutulur.

Lalə Mehralı

Digər xəbərlər